
Azərbaycan mətbuatı yazır ki, Azərbaycan Ermənistana qarşı dövlətlərarası şikayətini Avropa İnsan Haqları Məhkəməsinə təqdim edib.
Bu barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.
O qeyd edib ki, Avropa Məhkəməsinə göndərilmiş dövlətlərarası şikayətdə 2022-ci il may-avqust aylarında Laçında və yaxındakı erməni kəndlərində “azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə”, Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim olunub.
Ermənistan Respublikasının beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinin mətbuat katibi Hasmik Samvelyan “Radar Armenia” ilə söhbətində bildirib ki, bu, Azərbaycanın Ermənistana qarşı əvvəldə göndərdiyi şikayətidir.
“Azərbaycan indi tamamlanmış sənədi göndərib. Məhkəmə bizimlə belə əlaqə saxlamadı. Məhkəmədən bizə bildirdilər ki, Azərbaycan Ermənistandan şikayət edib. Azərbaycana isə ərizəni doldurmaq üçün vaxt verilib”, – deyən Samvelyan qeyd edib ki, Azərbaycan KİV-lərində yayılan məlumatlar əvvəlki ərizənin tamamlanmış variantı barədədir və yeni heç nə yoxdur.