ArtsaxBaşlıcaSiyasət

Fransa BMT Təhlükəsizlik Şurasının iclasında Laçin dəhlizini açmğa çağırıb

Fransanın BMT-dəki daimi nümayəndəsinin müavini Natali Brodherst BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizindəki vəziyyətin müzakirəsi zamanı qeyd etdi ki, son bir neçə gündə baş verənlər çox narahatedicidir.

O vurğulaıd ki, dekabrın 12-dən Ermənistanı və Dağlıq Qarabağı birləşdirən dəhlizdə nəqliyyatın hərəkətinə maneələr qəbuledilməzdi.

“Laçin dəhlizinin blokadası Dağlıq Qarabağ əhalisinin təcrid olunmasına səbəb oldu. Bunun humanitar nəticələri var ki, bu da gündən-günə daha da pisləşir. Fransa Dağlıq Qarabağda yaşayan əhalinin hüquqlarına hörmətlə yanaşaraq, dəhliz boyu hərəkətin qeyd-şərtsiz bərpa olunmasına və Dağlıq Qarabağa tədarükün aparılmasına çağırır”,- deyə o qeyd etdi.

Fransa 9 noyabr 2020-ci il tarixli bəyantı yerinə teriməyə çağırıb. O qeyd edib ki, Azərbaycan Respublikası Laçın boyu insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyi öhdəlliyi öz üzərinə götürüb.

Fransa Ermənistan və Azərbaycanı davam edən danışıqların başa çatması üçün və bütün həll edilməmiş məsələlərin həlli istiqamətində yalnız dialoq yolu ilə irəliləyiş əldə edən əlverişli atmosferyaratmağa çağırır.

“Avropa İttifaqı ilə birgə, Fransa Ermənistan və Azərbaycan arasında dialoqun təşviqi səylərinə töhfə verməyə davam edəcək. Biz bütün müzakirə olunmuş məsələlər, xüsusən də sülh müqaviləsi layihəsi, sərhədlərin demarkasiyası, humanitar məsələlər və regionda davamlı sülh üçün kommunikasiya yollarının açılması üzrə irəliləyiş axtarışını dəstəkləyəcəyik. 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti, Avropa İttifaqı Şurasının sədri, Ermənistan baş naziri və Azərbaycan prezidentinin Praqada görüşü mühüm irəliləyiş əldə etməyə imkan verdi. Fransa bütün tərəfdaşları və maraqlı tərəfləri ilə birlikdə bu məqsədlərə töhfə vermək üçün tərəfləri dəstəkləməyə hazdırdı”- deyə Fransanın BMT-dəki daimi nümayəndəsinin müavini bildirib.

Daha çox göstər
Back to top button