BaşlıcaSiyasət

Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ciddi humanitar nəticələrə səbəb ola bilər: Böyük Britaniyanın BMT-dəki nümayəndəsi

Səfir Ceyms Kariuki BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycan üzrə xüsusi sessiyasında bildirib ki, Böyük Britaniya Laçın dəhlizinin bağlanmasından dərin narahatdır.

“Biz bölgəyə qazın verilişinin bərpa olunmasından razıyıq, lakin dəhlizin dərhal açılmasını tələb etməkdə davam edirik. Laçın dəhlizi gündəlik tələbat mallarının bölgəyə çatdırılmasının yeganə yoludur. Dəhlizin bir həftədən artıq müddətə bağlanması xüsusilə qışda ağır humanitar fəsadların yaranma ehtimalını artırır. Mülki əhalinin hərəkət edə bilməyəcəyini də narahatlıqla qeyd edirik. Onların təcili geri qaytarılması da mühüm zərurətdir”, – deyə səfir bildirib.

“Biz həm Ermənistan, həm də Azərbaycan hökumətləri ilə əlaqə saxlayırıq. Yalnız diplomatik vasitələrlə, BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, davamlı sülhə nail olmaq olar. Böyük Britaniya regionda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş danışıqlar səylərini dəstəkləməyə davam edir”.

Daha çox göstər
Back to top button