BaşlıcaSiyasət

Alen Simonyan Rusiya nümayəndəsinin BMT TŞ-da çıxışını mənfi dəyərləndirib

“Rusiya ya bacarmır, ya istəmir, ya da nə bacarır, nə də istəyir”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrdə Rusiya nümayəndəsinin çıxışına münasibət bildirərkən deyib.

O, Rusiya nümayəndəsinin BMT TŞ-dakı çıxışını mənfi dəyərləndirdiyini söyləyib.

“Rusiya nümayəndəsinin BMT-dəki çıxışını mənfi dəyərləndirirəm. Çünki hesab edirəm ki, müttəfiq ölkə kimi Rusiya Ermənistanla sıx münasibətləri olmayan ölkələrin etdiyi kimi, daha ünvanlı çıxış edə bilərdi. Düşünürəm ki, Rusiya ya bacarmır, ya istəmir, ya da nə bacarır, nə də istəyir. Son baş verən hadisələrdən sonra bu məni təəccübləndirmir”, Alen Simonyan deyib.

Onun fikrincə, belə reaksiya ondan qaynaqlana bilər ki, bu, sülhməramlıların məsuliyyət sahəsidir və bu yolla onlar öz məsuliyyətlərini azaltmaq istəyirlər.

Daha çox göstər
Back to top button