ArtsaxBaşlıca

Artsaxda 8 uşaq və 11 böyük hələ də reanimasiya şöbələrindədir

Azərbaycan tərəfindən Artsaxı Ermənistanla birləşdirən yeganə yolun bağlanması ilə əlaqədar Artsax Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində planlaşdırılan əməliyyatlar dayandırılmaqda davam edir, Artsax Respublikasının Səhiyyə Nazirliyi məlumat verir.

“Arevik” tibb birliyində 8 uşaq reanimasiya və neonatal şöbəsindədir.

Onların arasında visseral leyşmanioz diaqnozu qoyulan 4 aylıq körpənin vəziyyəti ağır olaraq qalır və müvafiq müalicələr aparılır.

“Respublika Tibb Mərkəzi”ndə 11 xəstə reanimasiya şöbəsindədir, onlardan 4-nün vəziyyəti ağırdır, həkimlər xəstələrin vəziyyətinin stabilləşməsi üçün əlindən gələni edirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi blokada ilə əlaqədar yaranmış vəziyyətdən layiqincə çıxmaq üçün bütün mümkün tədbirləri həyata keçirir.

Daha çox göstər
Back to top button