BaşlıcaSiyasət

Avropa Məhkəməsi Laçın dəhlizindəki durumla bağlı qərar verib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 21-də Ermənistanın “Laçın dəhlizi”ndəki durumla bağlı Azərbaycana qarşı müvəqqəti tədbirin görülməsi tələbi üzrə qərar qəbul edib.

Ermənistanın tələbi Dağlıq Qarabağdakı erməni sakinlərin tibbi xidmətə çatım başda olmaqla həyati əhəmiyyətli xidmətlərə çatımı təmin edən “Laçın dəhlizi”nin blok edilməsi iddiası ilə bağlı idi. Məhkəmə bu tələbi incələyib.

Məhkəmə öncə, hazırda “Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasına, durumun aydın olmamasına, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib. Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan Məhkəmə, öz Reqlamentinin 39-cu Qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan Hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib.

Daha çox göstər
Back to top button