ArtsaxBaşlıcaSiyasət

Ermənistanın nümayəndəsi BMT-ni Azərbaycandan dəhlizin blokadasına son qoymasını tələb etməyə çağıırb

Ermənistan BMT Təhlükəsizlik Şurasını addımlar atmağa, Azərbaycandan Laçın dəhlizinin açılmasını tələb etməyə, həmçinin Laçın dəhlizində faktaraşdırıcı missiya yerləşdirməyə çağırır.

Bunu Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Margaryan Təhlükəsizlik Şurasında bildridi.

O vurğualdı ki, Azərbaycanın dövlət himayəsi altında Laçın dəhlizində böyük aksiyaya başlanıb. Azərbaycan saxta bəhanə ilə Laçin dəhlizinin qanunsuz blokadasını təşkil edərək 120 min insanı hədəfə alıb. Ən azı 1100 vətəndaş öz evlərinə qayıda bilmir, uşaqlar valideynlərindən və ailələrindən ayrılıb, səhiyyə və sosial xidmətlər dayandırılıb, həyat üçün təhlükə yaradan vəziyyətlər yaranıb.

Margaryan Azərbaycanın bir neçə gün Artsaxa qaz verilişini dayandırmasını da xatırladıb. Bu da məktəblərin fəaliyyətinə təsir edib, uşaqları təhsil hüququndan məhrum edib.

“Dağlıq Qarabağdakı həyəcanlı vəziyyət humanitar fəlakətə çevrilməyə yaxındır. Sülhməramlı qüvvələrin səylərinə baxmayaraq, Dağlıq Qarabağ hakimiyyətinin Azərbaycan tərəfi ilə dəhlizin təhlükəsiz və fasiləsiz fəaliyyətini bərpa etmək məqsədi daşıyan danışıqları bu günə qədər heç bir nəticə verməyib.

Azərbaycanın hərəkətlərinin koordinasiyalı xarakteri, o cümlədən infrastruktur və mülki əhalini hədəf alan əvvəlki insidentlər, bir dəfə daha sübut edirlər ki, Laçində baş verənlər Azərbaycan hakimiyyəti tərəfindən əvvəlcədən planlaşdırılmış əməliyyatdır”,- deyə Ermənistanın nümayədəsi qeyd etdi.

Ermənistan nümayəndəsi vurğulayıb ki, Azərbaycan demokratiyanın ən aşağı reytinqlərindən birinə malikdir.

“Oradakı vətəndaş cəmiyyəti fəallarının dövlət orqanlarının rəhbərliyi və dəstəyi olmadan belə miqyaslı və əhatəli kampaniya apara bilməsi fikri ən azı inandırıcı deyil. Laçın dəhlizinin davam edən blokadası ilk dəfə deyil, bu, Dağlıq Qarabağ xalqını etnik təmizləməyə məruz qoymaq istəyən Azərbaycan hakimiyyətinin rəhbərlik etdiyi sistemli zorakılığın növbəti sübutudur”,- Margaryan qeyd etdi.

Onun sözlərinə görə, əgər Azərbaycan ekoloji vəziyyətin müstəqil qiymətləndirilməsində maraqlıdırsa, o zaman məsələnin araşdırılması üçün BMT-nin faktaraşdırıcı missiyasının yerləşdirilməsi imkanları nəzərdən keçirilməlidir.

Azərbaycanın bəyanatları guya ki, Dağlıq Qarabağ münaqişəsini həll etdi, hətta min illər boyu ermənilərin məskunlaşdığı ərazinin adının ləğvi ilə bağlı iddiaları düşünülmüş soyqırım siyasətinin əlamətlərinin sübutudur.

Margaryan Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin yeganə mümkün yolu kimi beynəlxalq ictimaiyyətin cəlb olunmasının davam etdirilməsini hesab edib.

“Biz BMT Təhlükəsizlik Şurasını Azərbaycandan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam riayət etməyi və nəqliyyatın təhlükəsiz təşkili üçün bütün maneələri aradan qaldıraraq Laçın dəhlizinin blokadasına dərhal və qeyd-şərtsiz son qoymağı tələb etmək üçün addımlar atmağa çağırırıq. Bundan başqa, eləcə də yerli humanitar vəziyyəti qiymətləndirmək üçün Laçin dəhlizində, Dağlıq Qarabağda faktaraşdırıcı missiyanı yerləşdirməyə çağırırıq.

Ermənistan Təhlükəsizlik Şurasını beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üzrə üzərinə düşən vəzifəni yerinə yetirməyə, müvafiq tədbirlər görməyə və Dağlıq Qarabağ xalqının azad və ləyaqətlə yaşamaq hüququna, ekzistensial təhlükə yaradan Azərbaycanın təcavüzkar hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırır”,- deyə Ermənistanın BMT-dəki nümayəndəsi qeyd etdi.

Daha çox göstər
Back to top button