BaşlıcaSiyasət

Rusiya sülhməramlı kontingenti də üçtərəfli bəyanatla təsbit olunmuş öhdəliklərini yerinə yetirmir: Paşinyan

ER Baş naziri Nikol Paşinyan hökumət iclasında Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması və bunun nəticəsində yaranan humanitar böhrana toxunub.

“Keçən həftədən Laçın dəhlizində yaranmış böhran həll olunmayıb, hələlik yalnız DQ-yə təbii qazın verilməsi bərpa olunub. Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz blokadaya alınması nəticəsində Dağlıq Qarabağda humanitar vəziyyət son dərəcə gərgin olaraq qalır, yüzlərlə ailə blokadanın müxtəlif tərəflərində istəmədən ayrılmış vəziyyətdə qalır.

Dağlıq Qarabağda bir sıra zəruri məhsulların, o cümlədən ərzaq çatışmazlığı var. Azərbaycanın Laçın dəhlizinin bağlanması üzrə hərəkətləri qanunsuzdur və beynəlxalq öhdəliklərini, xüsusən də 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur.

Bəyanatın 6-cı bəndinə əsasən, Laçın dəhlizi Rusiya sülhməramlı qoşunlarının nəzarətindədir və Azərbaycan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu müddəa bu gün faktiki olaraq həyata keçirilmir.

De-fakto belə çıxır ki, üçtərəfli bəyanatda qeyd olunan öhdəlik, yəni Laçın dəhlizinin nəzarətdə saxlanılması Rusiya sülhməramlı qoşunları tərəfindən də yerinə yetirilmir.

Təbii ki, Azərbaycanın qeyri-qanuni hərəkətləri nəticəsində belə bir şey baş verir, lakin bu, vəziyyəti dəyişmir, çünki Rusiya sülhməramlı qoşunlarının burada olmasının əsas məqsədi bu cür qanunsuzluğun qarşısını almaqdır”, – deyə o bildirib.

Daha çox göstər
Back to top button