Qərbi Amerikanın erməni təşkilatları Artsaxın blokadası ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd olunur ki, Artsaxın 120.000 əhalisi Azərbaycan tərəfindən Artsaxı Ermənistanla birləşdirən yolun bağlanması səbəbindən bir həftədən çoxdur blokadadadır.
“Təəssüflə qeyd etmək istərdik ki, Rusiya sülhməramlılarının Azərbaycan tərəfinin təxribatlarının və ermənilərə qarşı hərəkətlərinin qarşısını almaq üçün göstərdiyi səylər istənilən nəticəni verməyib. Beynəlxalq ictimaiyyət laqeyd qalmamalı və Bakıdakı hakimiyyətin məhəl qoymadığı sadə qınama çağırışları ilə kifayətlənməməlidir.
Rusiya, Avropa strukturları və Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda yaşayan və işləyən mülki əhaliyə yardım etməlidirlər. İnsan hüquqlarının müdafiəsini prioritet hesab edən ölkələr qış hava şəraitindən əziyyət çəkən insanlara müxtəlif humanitar yardımların çatdırılması üçün əməli addımlar atmalıdır.
Los-Ancelesin erməni icması Azərbaycanın soyqırım siyasətini qətiyyətlə pisləyir. Biz Ağ Evdən tələb edirik ki, Artsax ermənilərinin tarixi vətənlərində fiziki mövcudluğunu təmin etmək üçün külli miqdarda ərzaq, dərman, xəstəxana avadanlıqları və digər zəruri malların Stepanakert hava limanına çatdırılması da daxil olmaqla əməli tədbirlər görsün.
Biz Nümayəndələr Palatasının və Senatın üzvlərini qınama dalğasına qoşulmağa, Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə və bu ölkəyə hər cür hərbi yardımı qadağan edən 907 saylı qətnaməni yerinə yetirməyə çağırırıq.
Bu son hadisələr, o cümlədən qaz təchizatının dayandırılması bir daha sübut edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Beynəlxalq ictimaiyyət Artsax ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu tanımaqla bu reallığı təsdiq etməlidir”, – bəyanatda qeyd olunub.