BaşlıcaSiyasət

Dağlıq Qarabağa, Laçın dəhlizinə BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsi istiqamətində çalışmalıyıq: Paşinyan

ER baş naziri Nikol Paşinyan BMT və ya ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa, Laçın dəhlizinə göndərilməsini zəruri hesab edir. “Armenpress” xəbər verir ki, Paşinyan hökumətin iclasındakı çıxışında Laçın dəhlizi məsələsinə toxunaraq bunu vurğulayıb.

“Biz görürük ki, Dağlıq Qarabağ ətrafında yaranmış humanitar böhran kifayət qədər böyük beynəlxalq reaksiya alıb. Ötən gün bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında mühüm müzakirə aparılıb. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar yaranmış vəziyyətə aydın qiymət verməkdə davam edir”, – deyə Paşinyan bildirib.

Baş nazir Laçın dəhlizi ətrafında vəziyyətin beynəlxalq müstəvidə görünməsini artırmaq üçün səy göstərən bütün dövlətlərə və beynəlxalq təşkilatlara, erməni və diaspor təşkilatlarına və ayrı-ayrı şəxslərə, dəqiq qiymət verən peşəkar qruplara təşəkkür edib.

“Biz bu istiqamətdə birgə səylərimizi artırmalıyıq. Dağlıq Qarabağ probleminin həllində beynəlxalq ictimaiyyətin fəallığı xeyli artmalıdır. BMT və ya ATƏT və ya ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının Dağlıq Qarabağdakı Laçın dəhlizinə göndərilməsi istiqamətində fəal işləmək lazımdır”, – deyə baş nazir bildirib.

Daha çox göstər
Back to top button