BaşlıcaSiyasət

Ermənistan Azərbaycana sülh müqaviləsinə dair təkliflər təqdim edib: ER Baş naziri

“Ermənistan Azərbaycana sülh müqaviləsinə dair təkliflərini təqdim edib və biz həmin məzmunla müqaviləni imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın reaksiyası da müsbət olacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Ermənistan tərəfi sərhədlərin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri komitəsinin gələcək işi ilə bağlı təkliflərini aylar əvvəl Azərbaycana göndərib, lakin bu günə kimi cavab almayıb”, – Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan regional kommunikasiyaların yenidən açılması ilə bağlı təkliflərini də Azərbaycana təqdim edib və problemin dərhal həlli üçün bu yolla getməyə hazırdır.

“Həmin təkliflərə Ermənistanın işğal olunmuş əraziləri probleminin həlli də daxildir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Azərbaycan Ermənistanın suveren ərazilərinin işğalını dayandırmalı, qoşunları Ermənistanın suveren ərazisindən çıxarılmalıdır”.

Daha çox göstər
Back to top button