BaşlıcaSiyasət

Ermənistan BMT, ATƏT və ATƏT-in Minsk Qrupunu Laçın dəhlizinə missiya göndərməyə çağırır: Armen Qriqoryan

ER bütün imkanlarından istifadə edir ki, Laçın dəhlizini öz normal məcrasına qayıtsın. Bunu Ermənistanın TŞ katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Qriqoryan BMT Təhlükəsizlik Şurasının iclası zamanı verilən bəyanatları xatırladıb və qeyd edib ki, biz bu istiqamətdə işi davam etdirməliyik: “Hazırda ER Laçın dəhlizi məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətlə işləyir”.

ER-nin BMT Təhlükəsizlik Şurasından gözləntilərindən danışan Qriqoryan qeyd edib ki, hazırda ER XİN-i işləyir və biz bütün mümkün vasitələrlə BMT Təhlükəsizlik Şurasının strukturu çərçivəsində iş aparmağa çalışırıq. “Ermənistan istər BMT, istər ATƏT, istərsə də ATƏT-in Minsk Qrupunu Laçın dəhlizinə missiya göndərməyə çağırır ki, biz bu vəziyyəti həll edə bilək”.

Daha çox göstər
Back to top button