BaşlıcaSiyasət

Erməni tərəfi Laçın dəhlizindəki vəziyyəti nəzərə alaraq Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşünün təxirə salınmasını xahiş edib

Dekabrın 23-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu, lakin erməni tərəfi görüşün təxirə salınmasını xahiş edib, çünki hazırda Ermənistan xarici işlər nazirinin prioriteti Laçın dəhlizinin nəqliyyatının manəsiz işə salınması və Dağlıq Qarabağda humanitar böhranı nəticəsində yaranmış problemləri həll etməkdir. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Armenpress”in sualına cavab olaraq bildirib.

Sual – Sülh müqaviləsi danışıqları çərçivəsində dekabrın 23-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında keçirilməli olduğu görüşün baş tutmayacağına dair məlumat doğrudurmu?

Cavab – Ermənistan tərəfi təxminən 2 həftə əvvəl, Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz bağlanmasından əvvəl Moskvada keçiriləcək görüşdə iştirak etməyə hazır olduğunu təsdiqləyib.

Aydındır ki, hazırda xarici işlər naziri Ararat Mirzoyanın iş prioriteti 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq, Laçın dəhlizinin nəqliyyatının maneəsiz yenidən işə salınması və Dağlıq Qarabağda humanitar böhran nəticəsində yaranan problemlərin həllidir, buna əsaslanaraq, erməni tərəfi Moskvada planlaşdırılan görüşün təxirə salınmasını xahiş edib.

Eyni zamanda bildirək ki, Ermənistan tərəfinin Azərbaycanla münasibətlərin normallaşması prosesində konstruktivliyinin əlaməti olaraq görüşün şəraitindən asılı olmayaraq, Ermənistan tərəfinin normallaşma sənədi ilə bağlı yeni təklifləri Azərbaycana ötürülüb.

Daha çox göstər
Back to top button