
Artsaxı Ermənistan və dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizinin blokadasını Azərbaycan hakimiyyəti təşkil edib, bu addımın heç bir vətəndaş təşəbbüsü ilə heç bir əlaqəsi yoxdur. Bunu ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə brifinq zamanı bildirib.
“Bilmirəm, ekoloqlar arasında, general, kapitan vəzifəsində olanlar var, yoxsa yox? Amma bu insanların Azərbaycanın müdafiə strukturlarının təmsilçiləri olması aydındır və bu mənada blokadanı təşkil edən Azərbaycan hökumətidir, o addımın heç bir vətəndaş təşəbbüsü ilə heç bir əlaqəsi yoxdur və vəziyyət kritik olaraq qalır”, – deyə Armen Qriqoryan bildirib.