BaşlıcaSiyasət

Sülh müqaviləsinin mətnində biz zəmanətçilər institutunun yaradılmasını təklif etmişik: Armen Qriqoryan

“Azərbaycan Ermənistanın təkliflərinə müsbət cavab verərsə, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündür. Azərbaycandan asılıdır”. Bu barədə ER TŞ katibi Armen Qriqoryan Parlamentdə brifinq zamanı bildirib.

“Ermənistan regionda sülhün bərqərar olması üçün səylərini davam etdirir. Və bu baxımdan Ermənistan öz addımını atıb. Sülh danışıqları gedəndə Azərbaycan Laçın dəhlizini bağlayır və bu yaradılmış böhran Azərbaycanın regionda dekonstruktiv rolunu bir daha göstərir”- deyə o qeyd edib.

Təhlükəsizlik Şurasının katibi əmin edir ki, Laçın dəhlizi ekoloqlar tərəfindən deyil, Azərbaycan hakimiyyəti tərəfindən bağlanıb və vəziyyət kritik olaraq qalır.

“Həmçinin, Laçın dəhlizinin vəziyyətini nəzərə alaraq, biz sülh sazişinin mətnində zəmanətçilər institutu yaradılmasını təklif etmişik və bu zəmanətçilər institutu bu sazişin icrasını təmin edə bilər. Bundan başqa, biz beynəlxalq məhkəməyə müraciət mexanizminin yaradılmasını da təklif etmişik, əgər böhran yaranarsa və o böhranı həll etmək mümkün deyilsə, o zaman beynəlxalq məhkəməyə müraciət edək”, – deyə Armen Qriqoryan bildirib.

Daha çox göstər
Back to top button