BaşlıcaSiyasət

Əliyev yeni ərazi tələbləri ilə çıxış edir və güc tətbiq etməklə hədələyir: ER XİN-in bəyanatı

ER Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin son çıxışı ilə bağlı bəyanat yayıb:

“Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin qondarma “Qərbi Azərbaycan”ın nümayəndələri ilə görüşündə səsləndirdiyi fikirlər bir daha sübut edir ki, bu ölkənin rəhbərliyi Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil.

Üstəlik, o, Ermənistanın suveren ərazisinin güc tətbiqi ilə işğalı faktını nəinki açıq şəkildə qəbul edir, həm də Ermənistan Respublikasına qarşı yeni ərazi tələbləri və güc təhdidləri ilə çıxış edir və həm beynəlxalq hüquqa, həm də beynəlxalq tətəfdaşlara açıq hörmətsizlik nümayiş etdirir. Azərbaycan liderinin bu il Praqa və Soçidə əldə olunmuş razılaşmalara zidd olan bəyanatları Azərbaycan rəhbərliyinin sülh prosesini pozmaq istəklərini əks etdirir.

Çıxışda Laçın dəhlizinin qanunsuz bağlanması ilə bağlı səslənən bütün əsaslandırmaların reallıqla heç bir əlaqəsi yoxdur. Hazırda və keçmişdə Dağlıq Qarabağ xalqına qarşı Azərbaycanın həyata keçirdiyi bu və digər təcavüzkar hərəkətlər Dağlıq Qarabağ xalqına qarşı ardıcıl etnik təmizləmə siyasətinin tərkib hissəsidir.

Erməni tərəfinin regionda sülh və sabitlik yaratmaq əzmini bir daha vurğulayaraq, biz maraqlı beynəlxalq tərəfdaşları məqsədyönlü bəyanatlar və məqsədyönlü hərəkətlərlə Azərbaycanı döyüşkən və fanatik ritorikadan əl çəkməyə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, Azərbaycan qoşunlarının Ermənistan Respublikasının suveren ərazisindən çıxarmağa və Laçını dəhlizinin normal fəaliyyətini bərpa etməyə məcbur etməyə çağırırıq”.

Daha çox göstər
Back to top button