BaşlıcaMədəniyyət

Erməni xristianları və İran müsəlmanları birgə bəyanat yayıblar

Müqəddəs Eçmiadzin və İran İslam Respublikası səfirliyinin birgə təşkil etdiyi “Dinlər xalqların dinc yanaşı yaşamasının qarantıdır” adlı konfransda iştirak edən erməni xristianları və İran müsəlmanları birgə bəyanat yayıblar.

“İnsanların həyatına və ləyaqətinə, sülh və təhlükəsizliyə qəsd olan ekstremizmi, radikalizmi və terrorizmi, xüsusilə dini zəmində hərəkətləri qəti şəkildə pisləyirik. Dünyada və xüsusən də regionumuzda münaqişələrin və gərginliyin yaranmasına səbəb olan hər hansı hərəkəti və sözləri pisləyirik.

Millətlər və xalqlar arasında qarşıdurma və gərginlik yaratmaq məqsədilə dini ehkamların və ideyaların saxtalaşdırılmasını və manipulyasiyasını qətiyyətlə pisləyirik”- deyə bəyanatda qeyd edilib.

Daha çox göstər
Back to top button