Başlıcaİctimaiyyət

Ermənistanda xarici kəşfiyyat xidməti olacaq: Parlament qanun qəbul edib

ER Parlamentinin Xarici Kəşfiyyat Xidməti haqqında qanunu qəbul edib. Bu barədə “radar.am” məlumat yayıb.

Layihənin lehinə 67 deputat, əleyhinə 33 deputat səs verib.

Xarici Kəşfiyyat Xidmətinin yaradılması ilə Ermənistanda kəşfiyyat birliyinin formalaşdırılması nəzərdə tutulur və Xarici Kəşfiyyat Xidməti həmin birlikdə mühüm rol oynayacaq.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ER Təhlükəsizlik Şurasının üzvü olacaq.

Qəsdən cinayət törətmiş vətəndaşlar Xarici Kəşfiyyat Xidmətinə daxil ola bilməzlər.

Daha çox göstər
Back to top button