BaşlıcaSiyasət

“Gücdən istifadə şəraitində konstruktiv görüşlər keçirmək çətindir”: Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azatutyun” radiosuna müsahibəsində dekabrın 23-də keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşdə iştirakdan imtinanın səbəbləri və Azərbaycanın xarici işlər nazirinin Moskvada səsləndirdiyi fikirlərə toxunub.

Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun açıqlamasından təəccübləndiyini bildirib: “Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində yaranmış humanitar böhranı nəzərə alaraq, mənimlə Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında Moskvada keçirilməsi nəzərdə tutulan görüşü təxirə salmaqıa bağlı ER xahişi həm Rusiya Xarici İşlər Nazirliyinin mərkəzi aparatına, həm də Rusiyanın Ermənistandakı səfirliyinə ötürülüb. Məlumatı həm Ermənistan XİN, həm də Ermənistanın Rusiyadakı səfirliyi çatdırıb”.

Mirzoyan qeyd edib ki, erməni tərəfi görüşün təxirə salınmasının səbəbini və zəruriliyini açıq şəkildə göstərib: “Davam edən təhdidlər və güc tətbiqinin yeni təzahürləri fonunda konstruktiv və məhsuldar görüşlər keçirmək çətindir. O ki qaldı bu təzahürlərin bundan sonra da davam edəcəyinə, hesab edirəm ki, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanat və Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qoşunları bu cür təzahürlər istisna etmək üçündür”.

8 kəndlə bağlı Ceyhun Bayramovun bəyanatına gəlincə isə, Mirzoyan vurğulayıb: “Dəfələrlə qeyd etdiyimiz kimi, erməni tərəfi nə 9 noyabr tarixli üçtərəfli bəyanatla, nə də başqa şəkildə belə bir öhdəlik götürməyib. Yazılı, imzalanmış, dərc edilmiş razılaşmalardan başqa heç nə yoxdur. Düşünürük ki, Azərbaycanın xarici işlər naziri bu cür qondarma razılaşmalardan danışaraq, öz ölkəsinin noyabrın 9-da üçtərəfli bəyanatının müddəalarını davamlı və kobud şəkildə pozmasına haqq qazandırmağa çalışır”.

Daha çox göstər
Back to top button