BaşlıcaSiyasət

Laçın dəhlizini əvəz edən alternativ yol 2023-cü ildə hazır olacaq

ER ərazi idarəetmə və infrastrukturlar naziri Gnel Sanosyan bəyan edib ki, Artsaxla Ermənistanı birləşdirən Laçın dəhlizini əvəz edəcək alternativ yol gələn ilin mayında hazır olacaq.

“Bilirsiniz, yol Teğ kəndindən Kornidzora, sonra sərhədə qədər uzanır (11 kilometr 700 metrdir), üç tikinti şirkəti işləyir. Torpaq işləri və qayaların partladılması ilə bağlı əsas ağır işləri bitirdik. Həmin işlərin təxminən 80 faizi yerinə yetirilib.

Nə yaxşı ki, hazırda hava şəraiti imkan verir və kifayət qədər sürətlə işləyirik. Torpaq işləri əsasən ayın sonuna kimi yekunlaşacaq, eyni zamanda borular çəkilir, istinad divarları tikiləcək və bizim məqsədimiz may ayına kimi asfalt döşəməkdir”, – Sanosyan bildirib.

Daha çox göstər
Back to top button