BaşlıcaSiyasət

Bakı Stepanakertdə keçirilən mitinqin Fransa mətbuatında işıqlandırılmasından narazılığını bildirib

Azərbaycan Mətbuat Şurası Artsax paytaxtı Stepanakertdə dekabrın 25-də keçirilmiş mitinqin işıqlandırılması üçün “Le Fiqaro” qəzetinə və “Euronews”un Fransa xidmətinə şikayət etdi.

Mətbuat Şurasının bəyanatında qeyd olunub ki, bu mitinqin işıqlandırılması birtərəfli qaydada və qərəzli səkildə olub:

“Təəssüflə bildiririk ki, “Le Fiqaro” və “Euronews”un Fransa xidməti Cənubi Qafqazda sabitliyin təmin olunması, xalqların dinc, yanaşı yaşamaları üçün göstərilən səyləri deyil, bölücülüyə xidmət edən, bölgədə sülh gündəliyinin əleyhinə fəaliyyət göstərənlərə meydan verdilər. Jurnalistika dəyərlərinə münasibətdə belə etinasızlığın göstərilməsi yolverilməz və qəbuledilməzdir”,-bəyanatda deyilir.

Görünür ki, 200-ə yaxın tanınmış ziyalı və simaların Laçinə dəhlizinin açılmasına çağırışları Bakının xoşuna gəlmədi.

Qeyd edək ki, Stepanakertdəki mitinq Fransanın AFP, France 24 telekanalları da işıqlandırıb, Laçın dəhlizinin bağlanması isə müxtəlif beynəlxalq mediada da işıqlandırılıb.

Daha çox göstər
Back to top button