BaşlıcaSiyasət

Ermənistan böhran yarada biləcək bir addım atmayıb: TŞ katibi Mirzoyanın Moskvaya getməməsi haqqında

Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvadakı görüşünü boykot etməyib. Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 26-da İctimai Televiziyaya müsahibəsində bildirib.

“Ermənistan tərəfi son iki ildə, müharibədən sonra davam edən danışıqlarda həmişə konstruktiv olub. Böhran və təhdidlər şəraitində danışıqları davam etdirmək çətindir. Laçında böhran olduğu üçün getmədik. Laçın dəhlizinin sürətlə açılması üçün genişmiqyaslı işlərə ehtiyac var.

Bu məsələnin həlli üçün bizim bütün siyasi komandamız və xarici siyasətə xüsusi cavabdeh olan şəxslər iş aparır. Biz vəziyyəti dəyərləndirdik və başa düşdük ki, bu, addımlarımızı əlaqələndirmək üçün ən yaxşı variantdır”, – Qriqoryan bildirib.

Bu addıma görə Ermənistanla Rusiya arasında diplomatik böhranın yaranıb-yaranmamasına gəlincə, Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Ermənistan böhran yarada biləcək bir addım atmayıb.

Daha çox göstər
Back to top button