
Avrasiya İqtisadi İttifaqı (Aİİ) dövlətləri arasında qarşılıqlı ticarətin həcmi artaraq, bəzi Aİİ iqtisadiyyatları üçün yeni imkanlar yaradıb. Ermənistandan Belarus və Rusiyaya ixracın həcmi də artıb.
“Armenpress”in məlumatına görə, bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) özünün “Telegram” kanalında Avrasiya İnkişaf Bankının (AİB) məlumatlarına istinadən məlumat yayıb.
“Beləliklə, 2022-ci ilin 10 ayının yekunlarına görə, Ermənistandan Belarusa və Rusiyaya ixrac 2,8 və 2,5 dəfə, Qırğızıstandan bu ölkələrə ixrac müvafiq olaraq 2 və 2,6 dəfə artıb”, – deyə məlumatda deyilir.