
Ermənistanın 2022-ci ilin yanvar-noyabr aylarında iqtisadi aktivlik indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artıb.
Bunu ER Statistika Komitəsinin dərc etdiyi məlumatda deyilir.
Cari ilin yanvar-noyabr aylarında əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə sənaye məhsulunun həcmi 8,4 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 11 ayında tikintinin həcmi 13,9 faiz artıb.
Yanvar-noyabr aylarında 2021-ci ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin artımı 16,2 faiz təşkil edib.
2022-ci ilin 11 ayında göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 faiz artıb.
Yanvar-noyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalının həcmi 16,8 faiz artıb.