BaşlıcaMədəniyyət

Ermənilərin “Artlife” layihəsi “International property awards”da qalib gəlib

Erməni “Renşin” şəhərsalma və investisiya şirkətinin yeni “Artlife” layihəsi ən nüfuzlu beynəlxalq “Beynəlxalq daşınmaz əmlak mükafatları”nın (International property awards) Mixed Use Architecture  Armenia kateqoriyasında qalib kimi tanınıb.

Londonda keçirilən qiymətləndirmə mərhələsində beynəlxalq münsiflər heyətinə cəlb olunmuş 100-ə yaxın mütəxəssis layihəni dizayn, keyfiyyət, innovasiya, xidmət səviyyəsi, unikallıq və davamlı memarlıq normalarına uyğunluq kimi meyarlar üzrə qiymətləndirib.

“Renşin” şirkətinin əməliyyat direktoru Levon Kasparovun sözlərinə görə, bu, həm “Renşin” şirkəti, həm komanda, həm də Ermənistan üçün ən böyük nailiyyətdir.

“Artlife” layihəsinin rəhbəri Ani Mavyanın sözlərinə görə, “Artlife” Ermənistana maraqlı və fərqli xəbərlər gətirəcək.

Beynəlxalq münsiflər heyəti Ermənistandan təqdim olunan layihəyə yüksək keyfiyyət verib.

Daha çox göstər
Back to top button