BaşlıcaSiyasət

Laçın dəhlizi ilə bağlı vəziyyət Bakı ilə Yerevan arasında sülh danışıqlarını çətinləşdirir: Qaluzin

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Laçın dəhlizi ilə bağlı son situasiyaya münasibət bildirib. Qaluzin vəziyyətin gərginləşməsinin təsirlərindən danışıb.

“Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Azərbaycan və Ermənistan arasında imzalanmalı olan sülh müqaviləsinin üzərində işləmək prosesini çətinləşdirir”, – nazir müavini söyləyib.

Qaluzin sözlərinə görə, Rusiya tərəfi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 31-də Soçi sammitində üçtərəfli bəyanatında qeyd olunduğu kimi, danışıqlar prosesini dəstəkləməyə hazırdır.

“Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə birgə fəaliyyətin tezliklə bərpa olunacağına ümid edir. Hesab edirik ki, indiki halda sənədin razılaşdırılması müddəti bir o qədər də vacib deyil. Əsas odur ki, rəsmi Bakı və Yerevan regionda sabit və ədalətli sülhə zəmanət verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”, – diplomat bildirib.

Daha çox göstər
Back to top button