Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan Artsaxın blokadası nəticəsində yaranmış problemlərini öyrənmək, həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı bir sıra məsələləri müzakirə etmək üçün çatdırma və istehsal şirkətlərinin rəhbərləri ilə görüşüb.
Məsləhətləşmə iştirakçıları dövlət nazirini əmin ediblər ki, blokada şəraitində onlar üçün ictimai və dövlət marağı hər şeydən üstündür və böhranla birgə mübarizə aparmaq üçün hökumətlə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
İş adamları zərurət yaranarsa, onların idarəçiliyində olan infrastrukturdan istifadə imkanlarının nəzərdən keçirilməsini də təklif ediblər.
Ruben Vardanyan onların yanaşmasını və mövqeyini alqılayıb, bu çətin vəziyyətdə problemlərin müzakirəsinin və birgə həll yollarının tapılmasının vacibliyini vurğulayıb.