ArtsaxBaşlıcaSiyasət

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın yaşayış məntəqələrini saxta adlarla təqdim edir: “Tatoyan” Fondu

Azərbaycanın Müdafiə Nazirliyi uzun müddətdir ki, Ermənistan yaşayış məntəqələrini uydurma, saxta Azərbaycan adları altında təmsil edir və bununla göstərir guya ki, Ermənistanın həmin əraziləri Azərbaycana məxsusdur. Bu barədə “Tatoyan” Fondu məlumat yayıb.

“Bu, Azərbaycan hakimiyyətinin ermənilərə qarşı nifrət və düşmənçilik siyasətinin bir hissəsidir, onların Ermənistanın suveren ərazisinə qarşı əsl niyyətlərini və istəklərini göstərir”, – bəyanatda qeyd olunub.

Azərbaycan, Artsaxın erməni yaşayış məntəqələrinin tarixi adlarına məhəl qoymayaraq, onları yerli erməni xalqının hüquq və mənafelərinə tamamilə məhəl qoymadan saxta Azərbaycan variantında təqdim etməyə çalışırlar (məsələn, Martakert Ağdərə, Martuni Xocavənd adlanır və s.).

“Tatoyan” fonudunun bəyanatında qeyd olunub ki, bu, Azərbaycanın Ermənistanla sülhə hazırlaşmadığına daha bir sübutdur. Hətta sülh müqaviləsi imzalansa belə, beynəlxalq birlik Azərbaycan hakimiyyətinin müharibə alovlandırmaq və düşmənçilik siyasətinin aradan qaldırılması üçün təsirli tədbirlər görməyincə bu sənəd işləməyəcək.

Daha çox göstər
Back to top button