İranlı ekspert Ehsan Movahedian İran dövlət televiziyasının efirində Artsax sözündən istifadə edərək Laçın dəhlizinin bağlanmasından danışıb.
Ekspert Laçin dəhlizini bağlamaqla Bakının hansı humanitar böhran yaratdığını təqdim edib. O qeyd edib ki, Azərbaycan hərbçiləri ekoloqlar adı altında Laçin dəhlizi bağlayıblar.
Qeyd edək ki, dövlət televiziya şirkətinin efirində Artsax adının səsləndirilməsi görünməmiş haldır.