BaşlıcaSiyasət

Pakistanlı “tələbələr” Laçın dəhlizini bağlayan azərbaycanlılara qoşulmaq istədiklərini açıqlayıblar

Fransanın “Le Figaro” qəzetinin direktor müavini Jan-Kristof Buisson öz tviter mikrobloqunda yazıb ki, pakistanlı “tələbələr” Laçın dəhlizində azərbaycanlıların blokadasına qoşulmaq istəklərini bildiriblər.

“Artsaxda ermənilər üçün bəd xəbərlər yığılır. Dekabrın 26-da ruslar nəinki Laçın dəhlizini təmizləmədilər, həm də müəmmalı pakistanlı “tələbələr” blokadanı gücləndirmək üçün azərbaycanlı fəallara qoşulmaq istədiklərini bildirdilər”, – Buisson yazıb.

Xatırladaq ki, bir qrup azərbaycanlı qondarma ekoloqlar 16 gündür Laçın dəhlizini bağlı saxlayır. Artsaxı Ermənistanla birləşdirən yeganə yolun bağlanması humanitar problemlərə səbəb olub. Stepanakertdə ərzaq, dərman, yanacaq çatışmazlığı var, 1000-dən çox Artsax sakini, o cümlədən uşaqlar Ermənistandan öz evlərinə qayıda bilmirlər.

Daha çox göstər
Back to top button