BaşlıcaSiyasət

Laçın dəhlizi ilə Dağlıq Qarabağa girişin faktiki olaraq bağlanması uşaqların vəziyyətinə mənfi təsir göstərir։ UNICEF

UNICEF Laçın dəhlizindəki vəziyyətlə bağlı bəyanat yayıb.

“Laçın dəhlizi ilə Dağlıq Qarabağa girişin faktiki olaraq bağlanması uşaqların vəziyyətinə mənfi təsir göstərir. Bu vəziyyət nə qədər uzun müddət davam edərsə, o qədər çox uşaqlar onların yaşaması, sağlam böyüməsi və rifahı üçün zəruri olan əsas qida və əsas xidmətlərin çatışmazlığından əziyyət çəkəcək. Bu arada, bir çox uşaq da valideynlərindən və ya qanuni qəyyumlarından ayrıldıqları üçün valideyn himayəsindən məhrum olublar.

UNICEF BMT Baş katibinin əvvəlki razılaşmalara uyğun olaraq Laçın dəhlizi ilə hərəkət azadlığı və təhlükəsizliyini təmin etmək çağırışını bir daha təkrarlayır.

Bu, Dağlıq Qarabağdakı uşaqların müdafiəsini və humanitar təşkilatların ehtiyacı olanlara təhlükəsiz və tez bir zamanda çatmasını təmin etmək üçün çox vacibdir. UNICEF əraziyə girmək və orada yaşayan uşaqlara dəstək olmaq üçün bütün iştirakçılarla dialoq aparmağa və əməkdaşlıq etməyə davam edir”, – deyə məlumatda bildirilir.

Daha çox göstər
Back to top button