BaşlıcaSiyasət

Rusiya Federasiyası vəziyyətlə bağlı aydın izahat verməlidir: Nikol Paşinyan

ER Hökümətinin iclasında ER Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı humanitar vəziyyətdən danışdı və qeyd etdi ki, Laçin dəhlizinin bağlanması 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndinin kobudcasına pozulmasıdır.

Paşinyan vurğuladı ki, üçtərəfli bəyanata əsasən, Azərbaycan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hərəkətinin təhlükəsizliyinə təminat verməli, Rusiya sülhməramlı qüvvələri isə Laçın dəhlizini nəzarətdə saxlamalıdır.

Baş nazirin sözlərinə görə, beynəlxalq platformalarda Laçın dəhlizinin açıq olmasına dair Azərbaycanın səsləndirdiyi bəyanatlar boş və həqiqətə uyğun deyillər.

“Laçın dəhlizi Azərbaycan tərəfindən bağlandı və bu beynəlxalq öhdəliklərin kobud pozulmasıdır”,-deyə Paşinyan əlavə etdi ki, bu şəraitlərdə Dağlıq Qarabağ xalqı qarşısında konkret təhlükəsizlik öhdəlikləri götürmüş Rusiya və Rusiyanın DQ-dakı sülhməramlı qüvvələri vəziyyətlə bağlı aydın izahat verməlidir”, – Paşinyan bildirib.

Daha çox göstər
Back to top button