BaşlıcaSiyasət

Bistritski: “ Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması ərəfəsində vəziyyətin gərginləşməsinə səbəb ola bilər”

Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanması ərəfəsində vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Bu barədə TASS-a müsahibəsində “Valday” beynəlxalq diskussiya klubunun inkişaf və dəstək Fondunun idarə heyətinin sədri Andrey Bıstritski bildirib.

“Ola bilsin ki, indi bu ölkələr sülh müqaviləsi və ya hansısa saziş ərəfəsində kifayət qədər ciddi bəyanatlar mübadiləsi aparırlar. Eyni zamanda, bu elanların ardınca sazişə prinsipial hazırlıq barədə açıqlamalar verilir, ona görə də Siyasi ritorikanı real vəziyyətdən asanlıqla ayırd etmək olar”.

Bistritski qeyd edib ki, hətta əvvəlki illərdə az-çox əsaslı sazişin bağlanmasından söhbət gedəndə tərəflər danışıqlarda mövqelərini gücləndirmək üçün bir-birinin əleyhinə təxribat xarakterli bəyanatlar verirdilər.

“Mən Ermənistanla Azərbaycan arasında yeni münaqişənin mümkünlüyü barədə o qədər də birbaşa danışmazdım. Risklər həmişə var, biz bunu 2020-ci ildə gördük, lakin eyni zamanda hər iki tərəf başa düşür ki, hərbi əməliyyatlar ekstremal haldır” – deyərək o  qeyd edib.

Bundan əvvəl Amerika Xarici siyasət ekspertləri Azərbaycan və Ermənistan arasında mümkün yeni müharibənin qısamüddətli, lakin 2020-ci ilin 44 günlük münaqişəsindən heç də az dramatik olmadığı fikrini ifadə etmişdilər.

Daha çox göstər
Back to top button