BaşlıcaSiyasət

“Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyadan müvafiq addımlar gözləyirik”: Baş nazir

Azərbaycan tərəfindən Laçın dəhlizinin  qanunsuz blokadası artıq 25 gün davam edir. Bunu ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazir qeyd edib ki, dəhlizi açmaq çağırışlarına və geniş beynəlxalq reaksiyaya baxnayaraq, Azərbaycan məsələnin həlli üçün heç nə etmir. 

Paşinyan bildirib ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi kobud şəkildə pozur.

“Onu da qeyd etmək lazımdır ki, Laçın dəhlizinin bağlanması ilə bağlı müxtəlif səbəblər göstərilir, amma məncə, ən dərin və real səbəb Dağlıq Qarabağ ermənilərinin öz vətənlərində yaşamağa davam etmələridir. Beynəlxalq ictimaiyyət Azərbaycanın Dağlıq Qarabağ ermənilərini etnik təmizləmə və soyqırıma məruz qoyması ilə bağlı görünən siyasətini daha aydın şəkildə qeyd etməyə başlayıb”, – Paşinyan bildirib.

Baş nazir vurğulayıb ki, bu mənada Ermənistan beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyadan daha obyektiv addımlar gözləyir. 

Daha çox göstər
Back to top button