ArtsaxBaşlıca

Dözəcəyik, amma şəraitlər çox çətindir: Ruben Vardanyan

Artsaxda insanlar nə üçün mübarizə apardıqlarını, bu çətinliklərə niyə dözdüklərini başa düşürlər, buna görə onlara təşəkkür edirəm. Artsaxın dövlət naziri Ruben Vardanyan bunu “NEWS.am” ilə söhbətində qeyd edib.

“Biz artıq ehtiyat fondundan istifadə edirik, mağazaların fotolarına baxsanız görərsiniz ki, məhsul demək olar ki, yoxdur. İnsanlar özbaşına, bizim qərarımız olmadan, bir kiloqramlıq məhsul satırlar, daha çox deyil. Təqdirəlayiq haldır ki, insanların 95 faizi bu vəziyyətdə özlərini təvazökar aparmalı olduqlarını başa düşürlər. Hamımız eyni gəmidəyik”,- deyə o qyd edib.

Nə qədər ehtiyat kifayət edəcək sualına Vardanyan belə cavab verdi: “Biz dözəcəyik. Dərman məsələsini birtəhər həll edirik, acından öləcəyik kimi deyil, amma şərait çox çətindir. Bu vəziyyət uzun müddət davam edə bilər. Biz buna hazırlaşırıq”.

Beynəlxalq ictimaiyyətin Artsaxdakı vəziyyətə kifayət qədər diqqət yetirmədiyinə toxunan Vardanyan deyib. “Əgər biz güclü olsaq, heç kim bizim iradəmizi qıra bilməyəcək, bu, bir çox ölkələrə Artsaxa münasibətini dəyişməyə imkan verəcək. Bu, beynəlxalq məsələlərdən birinə çevriləcək. Gücümüzü, birliyimizi göstərə bilsək, bu məsələ beynəlxalq platformalarda daha yüksək səslə eşidiləcək”.

Daha çox göstər
Back to top button