BaşlıcaBeynəlxalq

Erdoğanın sözçüsü bildirib ki, İranın “ermənipərəst bəyanatları” Ankara və Bakını olduqca  narahat edir

Türkiyə prezidentinin sözçüsü və baş müşaviri İbrahim Kalın Türkiyənin NTV telekanalına müsahibəsində digər məsələlərlə yanaşı, İran və Azərbaycan arasındakı əlaqələrdən də danışıb.

 O, qeyd edib ki, İranda baş verən hadisələr narahatlıq doğurur. Kalın İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfərinin təxirə salındığını, səfərin tarixinin hələ müəyyən edilmədiyini, lakin bunun yaxın həftələrdə baş verə biləcəyini bildirib.

“Vaxtaşırı İranın bəzi ermənipərəst bəyanatları Azərbaycan tərəfini olduğu  kimi bizi də narahat edir” – deyə Kalın bildirib.

Türkiyə rəsmisi qeyd edib ki, regionda sülh və sabitlik üçün Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan “bir-biri ilə harmoniyada hərəkət etməli, bir-birinə açıq və aydın olmalıdırlar”. Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button