
Soyqırımın qarşısının alınması məsələləri ilə məşğul olan “Genocide Watch” təşkilatı bir aya yaxındır ki, Azərbaycanın Laçın dəhlizini blokadada saxlamasından danışır.
“ABŞ Azərbaycanı qınamalıdır və:
1. 907-ci maddəni tətbiq edib Azərbaycana hərbi yardımı dayandırmalıdır.
2. Maqnitski qanunlarından və digər məqbul hüquqi vasitələrdən istifadə etməklə sanksiyalar tətbiq etməlidir.
3. Humanitar böhrandan əziyyət çəkən 120 min erməniyə təcili yardım göndərməlidir”, – təşkilat öz “Twitter” mikrobloqunda yazıb.