BaşlıcaSiyasət

KTMT Ermənistanda təlim keçirəcək

Rusiya Müdafiə Nazirliyi Ermənistanda KTMT-nin sülhməramlı təlimi keçirməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat yer alıb.

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Quru Qoşunlarının bölmələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçiriləcək sülhməramlı təliminin iştirakçısı olacaq.

“Rusiya Federasiyasından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı kontingentinin “Sarsılmaz Qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, – məlumatda deyilir.

Məlumata görə, 2023-cü ildə Rusiyadakı hərbi dairələrin poliqonlarında səkkiz ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

“Bütün təlimlər sülhməramlı və antiterror xarakterli olacaq”, – nazirlikdən bildirilib.

Daha çox göstər
Back to top button