BaşlıcaSiyasət

Laçın dəhlizinin davamlı blokadası Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini daha da zəruri edir: Paşinyan

Hökumətin iclası zamanı ER Baş naziri Nikol Paşinyan Ermənistanın 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlara, eləcə də 6 oktyabr 2022-ci il tarixli Praqa dördtərəfli razılaşmalarına sadiqliyini təsdiqləyib.

“Onu da vurğulamalıyam ki, Laçın dəhlizinin davamlı blokadası Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsini daha da zəruri edir. Bu istiqamətdə davamlı səylər göstərmək lazımdır”, – deyə Paşinyan bildirib.

Baş nazir çıxışında Dağlıq Qarabağın humanitar məsələləri ilə məşğul olan işçi qrupunun fəaliyyətinə də toxunub.

“2022-ci il dekabrın 30-da mənim qərarımla Dağlıq Qarabağda yaradılmış humanitar böhranın idarə olunmasında Dağlıq Qarabağ xalqına dəstək olmaq üçün Baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup yaradılıb. Qrup artıq bir neçə görüş keçirib və situasiyadan irəli gələn humanitar xarakterli qərarlar qəbul edir, lazım olana qədər fəaliyyətini davam etdirəcək”, – deyə Nikol Paşinyan bildirib.

Daha çox göstər
Back to top button