Ukraynadakı müharibə Ermənistan və Dağlıq Qarabağ ətrafındakı təhlükəni unutdurdu. Bu barədə Fransanın məşhur “Charlie Hebdo” jurnalıda 28 dekabr 2022-ci il tarixində dərc olunmuş məqalədə deyilir.
“İndi ermənilərin xeyrinə səfərbər olmaq həmişəkindən daha vacibdir.”, – qəzet yazır.
Məqalədə oxuculara Ermənistanın və Dağlıq Qarabağın yoxa çıxmasına səbəb ola biləcək cinayətin Ukraynadakı müharibənin kölgəsində baş verməsinə imkan verməməyə çağırılır.
“Soyqırımdan bir əsrdən artıq vaxt keçib və biz müəyyən sübutlarla bilirik ki, Ermənistan və Dağlıq Qarabağ Türkiyəni Xəzər dənizi və Mərkəzi Asiya ilə birləşdirəcək geosiyasi planın həyata keçirilməsində Türkiyə və Azərbaycanın yolunda maneədir və bunun üçün əvvəlcə Dağlıq Qarabağı, sonra Syuniki tamamilə işğal etmək istəyirlər.
“Pantürkizm” adlı o xəyalı həyata keçirmək, eləcə də Azərbaycanın təbii qazından, neftindən mümkün qədər çox sərvət çıxarmaq üçün həmin maneəni, Dağlıq Qarabağda erməni varlığını aradan qaldırmaq istəyirlər. Sonra isə Azərbaycanı Naxicevanla birləşdirmək üçün Syunik bölgəsinə keçəcəklər. Belə də İzmir və İstanbula yol açılacaq və yenə ermənilərin cəsədləri ilə örtüləcək”,- Charlie Hebdo yazır.