
2022-ci il yanvarın 1-dən dekabrın 31-dək ixtisaslaşmış Razm.info saytına Azərbaycan silahlı qüvvələrinin və əlaqədar güc strukturlarının ən azı 149 itkisi məlum olub.
Onlardan ən azı 81-inin sentyabrın 13-14-də Ermənistan Respublikası üzərinə hücumu zamanı həlak olması barədə məlumat yayılıb.
Sentyabr döyüşləri xaricində bizə məlum olan 68 itkidən 2-si döyüş itkisidir. Həlak olanların azı 30-u müqaviləli hərbi qulluqçular, o cümlədən ehtiyatda olan ordunun 1 polkovniki və 4 polkovnik-leytenantdır.
Azərbaycanın güc strukturlarında qeydə alınan intiharların məlum sayı 20-dir ki, bu da əvvəlki illərdə məlum olan göstəricilərdən kifayət qədər çoxdur (müqayisə üçün:
2021-ci ildə 9, 2020-ci ildə 5 intihar hadisəsi qeydə alınıb). Covid-19-dan isə 1 mayor vəfat edib.
Bizim aşkar etdiyimiz 149 itkidən Azərbaycan rəsmi olaraq yalnız 140-ı barədəbəyan edib. Qalanları barədə isə Azərbaycanın müxalifət xəbər verlişlərindən və sosial şəbəkələrdən məlumatlanmışıq.
Azərbaycan silahlı qüvvələrinin Razminfo-ya istinadən verdiyi məlumata görə, 2022-ci il itkiləri (sentyabr müharibəsi itkiləri daxil olmaqla);
Ay Döyüş Qeyri-döyüş Naməlum
Yanvar – 1 9 –
Fevral – 1 –
Mart – 2 –
Aprel – – –
May – 4 –
İyun – 10 –
İyul – 6 –
Avqust 1 9 –
Sentyabr 81 3 –
Oktyabr – 5 –
Noyabr – 7 –
Dekabr – 10 –
Cəmi 83 66 –
Qeyd edək ki, Azərbaycan ardıcıl olaraq öz itkilərini gizlədir (xüsusilə 2014-cü ilin avqust döyüşlərindən sonra).
Onların bəziləri aylar, hətta illər sonra üzə çıxır (məsələn). Çox güman ki, Razminfo-ya hələ məlum olmayan itkilər də mövcuddur.
Əlavə edək ki, Razminfoya 2021-ci ildə Azərbaycan silahlı qüvvələrinin və əlaqədar güc strukturlarının ən azı 78 itkisi barədə məlumatlar olub.