Müdafiə Nazirliyi ER qadın vətəndaşlarının könüllü hərbi xidmətə getmə imkanının yaradılması məsələsini müzakirə edir.
Bunu “Armenpress”ə müsahibəsində ER müdafiə nazirinin mətbuat katibi Aram Torosyan sosial şəbəkələrdə Müdafiə Nazirliyində qadınlara könüllü hərbi xidmət keçmək imkanının verilməsi məsələsini müzakirə etməsi ilə bağlı yayılan xəbəri şərh edərkən bildirib.
“Hazırda heç bir əlavə məlumat verə bilmərəm, yalnız onu təsdiq edə bilərəm ki, Ermənistan Respublikasının qadın vətəndaşlarına könüllü hərbi xidmət keçmək imkanının təmin edilməsi məsələsi müzakirə olunur”, – deyə Torosyan bildirib.