BaşlıcaSiyasət

 “Türkiyə Ermənistanla birbaşa hava yükdaşımalarına qoyulan qadağanı ləğv edib”

Türkiyə Ermənistanla birbaşa hava yükdaşımalarına qoyulan qadağanı ləğv edib. Bu barədə jurnalistin sualına cavab olaraq ER Xarici işlər nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

“Həqiqətən, Türkiyə tərəfi bu gün bizə bildirdi ki, birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağa aradan qaldırılıb.

Xatırlatmaq istərdik ki, Ermənistan-Türkiyə arasında birbaşa hava yüklərinin daşınması 2022-ci ildə həyata keçiriləcək. Bu, xüsusi görüşdə əldə olunan razılaşmalardan biri idi.

Üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçməsinə imkan yaradan digər tənzimləmənin də ən qısa zamanda həyata keçiriləcəyini  ehtimal edirik”- deyərək  mətbuat katibi qeyd edib.-

Yanvarın 6-da Türkiyənin bir sıra KİV-lərində Türkiyənin Ermənistanla birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı ləğv etdiyinə dair yazılar dərc olunub.

Daha çox göstər
Back to top button