
Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir.Alınan məlumata görə, bu barədə Türkiyə mətbuatı məlumatlandırıb
Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kameraları sistemləri və özünüidarəetmə silahları ilə təchiz ediləcək.
Qeyd edilir ki, Türkiyə hərbi bazanı “terrorla mübarizə üçün” tikir.