BaşlıcaSiyasət

XİN-nin  sözçüsü: “Ermənistan münasibətləri tam tənzimləmək üçün Türkiyə ilə danışıqları davam etdirəcək”

“Təbii ki, biz Türkiyənin birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılması istiqamətində atdığı addımı müsbət qiymətləndiririk.

Ermənistan əvvəllər olduğu kimi, həm iyulun 1-də xüsusi nümayəndələrin əldə etdiyi digər razılaşma üzrə danışıqları konstruktiv şəkildə davam etdirəcək.

Üçüncü ölkə vətəndaşları üçün quru sərhədi mümkün qədər tez bir zamanda və Ermənistan-Türkiyə münasibətlərinin tam nizamlanması, yəni iki ölkə arasında diplomatik münasibətlərin qurulması və Ermənistan-Türkiyə sərhədinin açılması üçün danışıqları  davam etdirəcək” – deyərək o, qeyd edib.

Bundan əvvəl Vahan Hunanyan jurnalistə açıqlamasında bildirib ki, Türkiyə Ermənistanla birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırıb.

Daha çox göstər
Back to top button