
Azərbaycan Ermənistan tərəfinin Sülh müqaviləsi ilə bağlı təkliflərinə hələ ki, cavab verməyib.
“Armenpress”in məlumatına görə, bu barədə “Pastinfo”nun sorğusuna cavab olaraq ER XİN-in sözçüsü Vahan Hunanyan bildirib.
“Əvvəllər elan etdiyimiz kimi, dekabr ayında Ermənistan münasibətlərin tənzimlənməsi sənədi ilə bağlı erməni tərəfinin təkliflərini Azərbaycana göndərib. Hələlik heç bir cavab yoxdur”, – deyə Hunanyan bildirib.