BaşlıcaSiyasət

BMT-nin baş katibi Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz hərəkəti təmin etməyə çağırışını təkrarlayıb. Bu barədə “Armenpress”ə BMT baş katibinin sözçüsü Stefan Düjarik məlumat verib.

“Baş katib 14 dekabr 2022-ci il tarixli bəyanatında mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib. Bu narahatlıqlar 20 dekabr 2022-ci ildə Ermənistanın müraciəti ilə çağırılan Təhlükəsizlik Şurasının fövqəladə sessiyası zamanı Katiblik tərəfindən də qaldırılıb. Baş katib gərginliyin azaldılması və daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq dəhlizdə sərbəst  və təhlükəsiz hərəkətin təmin edilməsi çağırışlarını təsdiqləyir və vasitəçilik səylərini dəstəklədiyini bildirir”, – deyə Düjarik “Armenpress”in sorğusuna cavab olaraq bildirib.

“BMT-nin Ermənistan və Azərbaycandakı nümayəndəlikləri yerli hakimiyyət orqanları və beynəlxalq təşkilatlarla açıq əlaqə saxlamaqda davam edir və müraciət olsa, şərtlər imkan versə, reaksiya verməyə hazırdır”, – deyə BMT baş katibinin sözçüsü bildirib.

Daha çox göstər
Back to top button