Artsaxı Ermənistanla birləşdirən yeganə yolun Azərbaycan tərəfindən bağlanması ilə əlaqədar Artsax Respublikası Səhiyyə Nazirliyinin “Respublika Tibb Mərkəzi”nin 3 xəstəsi günlərlə həkimlərin nəzarətində olub.
Artsax Səhiyyə Nazirliyindən “Armenpress”ə verilən məlumata görə, yanvarın 10-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə üç xəstə ER-nin müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.
Artsaxı Ermənistanla birləşdirən yeganə yolun Azərbaycan tərəfindən bağlanması ilə əlaqədar Artsax Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən tibb müəssisələrində planlı cərrahiyyə əməliyyatları dayandırılmaqda davam edir.
“Arevik” tibb bölməsində 11 uşaq yenidoğulmuşlar və reanimasiya şöbələrindədir.
“Respublika Tibb Mərkəzi”ndə 9 xəstə reanimasiya şöbəsindədir, onlardan 4-nün vəziyyəti ağırdır.
Bu günə qədər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Artsaxdan Ermənistana ümumilikdə 16 xəstə köçürülüb.