BaşlıcaBeynəlxalq

HALO Trust:  “Laçın dəhlizinin davamlı olaraq blokadaya alınması bizi ciddi narahat edir”

Minatəmizləmə ilə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatı HALO Trust Laçın dəhlizinin blokadası ilə bağlı Twitter səhifəsində açıqlama verib.

Təşkilat Dağlıq Qarabağa yeganə çıxışı təmin edən dəhlizin davam edən blokadasından ciddi narahatdır. Blokadadan təxminən bir ay sonra onun humanitar nəticələrini diqqətlə izləyir.

HALO Trust-ın 100-ə yaxın əməkdaşı Dağlıq Qarabağdadır və təşkilat onlar üçün malların olmasına nəzarət edir.

“HALO Trust problemi tez bir zamanda həll etməyə ümid edir və lazım gələrsə, humanitar yardımı koordinasiya etmək üçün tərəfdaşlar və digər humanitar təşkilatlarla daimi əlaqə saxlayır” – deyərək məlumatda bildirilir.

Daha çox göstər
Back to top button