ArtsaxBaşlıcaSiyasət

“Hayastan” ümumerməni fondu beynəlxalq strukturları Stepanakert hava limanının işə salınması istiqamətində səy göstərməyə çağırıb

“Hayastan” ümumerməni fondunun Azərbaycan tərəfindn Laçin dəhlizinin bağlanması ilə bağlı bəyanat yayıb və orada humanitar yardımın hava yolu ilə çatdırılması üçün Stepanakert hava limanının fəaliyyət göstərməsi üçün təcili səylərə göstərməyə çağırıb.

Qeyd olunub ki, 2022-ci ildə Azərbaycanın 9 noyabr 2020-ci il tarihli bəyanatı kobud şəkildə pozaraq Laçın dəhlizini bağladı və Dağlıq Qarabağ xalqını dekabrın 12-dən tam blokada altındadır. Azərbaycan Artsaxda yaşayan 120 minə yaxın erməni üçün ciddi ekzistensial təhlükə yaradıb. Bununla da Azərbaycan ən azı məcburi deportasiya üçün zəmin yaradır, bununla da açıq-aşkar etnik təmizləmə siyasət aparır.

Dağlıq Qarabağın əhalisi ümumbəşəri sivilizasiya dəyərlərini kobud şəkildə pozan bir ölkənin əlində girov olaraq qalıb. Laçın dəhlizinin uzunmüddətli blokadası humanitar fəlakətə çevrilə biləcək humanitar böhranın dərinləşməsinə səbəb olub.

Faktiki olaraq, Dağlıq Qarabağın bütün əhalisi sərbəst hərəkət etmək hüququndan məhrum olub, minlərlə insan, o cümlədən uşaqlar qışın soyuq şəraitində yollarda qalmış, bir çox ailələr ayrılmış. Azərbaycan Laçın dəhlizinin blokadasını dərhal dayandırmaq məcburiyyətindədir.

Biz bütün mütərəqqi bəşəriyyəti və müvafiq beynəlxalq strukturları yeni soyqırımın qarşısını almaq, eləcə də Dağlıq Qarabağ xalqının bütün fundamental hüquqlarını qorumaq üçün bütün səylərini sərf etməyə çağırırıq.

“Eyni zamanda, biz Birləşmiş Millətlər Təşkilatının Baş katibini, digər beynəlxalq təşkilatları və maraqlı dövlətləri Stepanakert hava limanının işə salınması üçün təcili səy göstərməyə və Dağlıq Qarabağ əhalisinə təcili humanitar yardımın hava yolu ilə çatdırılmasına təminat verməyə çağırırıq”,- bəyanatda qeyd olunub.

Daha çox göstər
Back to top button